...

Dövlət Neft Fondunun 25 il ərzində qazandığı gəlirləri açıqlanıb

İqtisadiyyat Materials 6 Mart 2025 11:02 (UTC +04:00)
Dövlət Neft Fondunun 25 il ərzində qazandığı gəlirləri açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Neft Fondunun yarandığı tarixdən 2024-cü ilin sonunadək toplam gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, bunu Dövlət Neft Fondunun Risklərin idarəedilməsi departamentinin direktoru Vadim Pşeniçnıy bu gün "ARDNF - nin Media Dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin perspektivləri" mövzusunda keçirilən tədbirdə deyib.

"Yarandığı tarixdən ötən ilin yekunlarına qədər isə fondun xərcləri 147,3 milyard ABŞ dolları təşkil edir", - o bildirib.

V.Pşeniçnıy qeyd edib ki, Fondun neft-qaz sazişlərindən gəlirləri 192,4 milyard ABŞ dolları, investisiya gəlirləri 14,9 milyard ABŞ dolları olub.

"Eyni zamanda Fondun dövlət büdcəsinə transfertləri 132,6 milyard ABŞ dolları, layihələrin maliyyələşdirilməsinə 11,9 milyard ABŞ dolları, büdcədənkənar xərcləri 2,3 milyard ABŞ dolları, Fondun əməliyyat xərcləri isə 0,47 milyard ABŞ dolları təşkil edib", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti