...

Azərbaycanın xaricdən konteyner alışı 3 dəfədən çox artıb

İqtisadiyyat Materials 8 Mart 2025 11:48 (UTC +04:00)
Azərbaycanın xaricdən konteyner alışı 3 dəfədən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycana xaricdən 3 152 ədəd konteyner gətirilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda konteyner idxalına çəkilən xərcin həcmi 7,6 milyon ABŞ dolları olub.

Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 2 146 ədəd və ya 3,1 dəfə, dəyər ifadəsi ilə 4,2 milyon ABŞ dolları, yaxud da 2,3 dəfə çoxdur. Belə ki, 2023-cü ildə Azərbaycana idxal olunan 1 006 ədəd konteynerin idxal dəyəri 3,4 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycana Qazaxıstandan, Özbəkistandan, Ukraynadan, ABŞ-dan, Avstraliyadan, Birləşmiş Ərəb Əmirliklərindən, Böyük Britaniyadan, Çindən, Əfqanıstandan, Hindistandan, İndoneziyadan, Koreyadan, Norveçdən, Pakistandan, Sinqapurdan, Türkiyədən, Almaniyadan, Danimarkadan, Estoniyadan, Finlandiyadan, İspaniyadan, İtaliyadan və Niderlanddan konteynerlər gətirilib.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycandan 50 ədəd konteyner ixrac edilib ki, bunun da ixrac dəyəri 220 min ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti