Bakı. Trend:
Ötən il Azərbaycandan İtaliyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,999 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,034 milyon ABŞ dolları və ya 14,7% azalıb.
Hesabat ilində ölkənin ümumi pul köçürmələrində İtaliyanın payı 1,1% təşkil edib.
Həmçinin, ötən il İtaliyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,728 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 48 min ABŞ dolları və ya 1,7% azalma deməkdir.
Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində İtaliyanın payı 0,3% təşkil edib.
2023-cü ildə Azərbaycandan İtaliyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,033 milyon ABŞ dolları, əks istiqamətdə isə 2,776 milyon ABŞ dolları təşkil etmişdi.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,367 milyon ABŞ dolları və ya 4,2% azdır.
Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,942 milyon ABŞ dolları və ya 34,6% azdır.