...

Fransadan Azərbaycana pul köçürmələri 90%-ə yaxın artıb

İqtisadiyyat Materials 27 Mart 2025 11:48 (UTC +04:00)
Fransadan Azərbaycana pul köçürmələri 90%-ə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,7 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 milyon ABŞ dolları və ya 25,2% artıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Fransanın payı 1,5% təşkil edib.

Həmçinin, ötən il Fransadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 11,8 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 5,5 milyon ABŞ dolları və ya 88,5% artım deməkdir.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Fransanın payı 1,1% təşkil edib.

2023-cü ildə Azərbaycandan Fransaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 6,1 milyon ABŞ dolları, əks istiqamətdə isə 6,3 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti