Bakı. Trend:
Ötən il Belarusdan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,8 milyon ABŞ dolları olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 991 min ABŞ dolları və ya 26,2% çoxdur.
Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Belarusun payı 0,4% təşkil edib.
Qeyd edək ki, 2023-cü ildə Belarusdan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,8 milyon ABŞ dolları idi.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.
Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.