...

Azərbaycandan Litvaya pul köçürmələri azalıb, əks istiqamətdə artıb

İqtisadiyyat Materials 28 Mart 2025 12:21 (UTC +04:00)
Azərbaycandan Litvaya pul köçürmələri azalıb, əks istiqamətdə artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan Litvaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,2 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 milyon ABŞ dolları və ya 36,5% azalıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Litvanın payı 0,6% təşkil edib.

Həmçinin, ötən il Litvadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,4 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 93 min ABŞ dolları və ya 1,7% artım deməkdir.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Litvanın payı 0,5% təşkil edib.

2023-cü ildə Azərbaycandan Litvaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 5 milyon ABŞ dolları, əks istiqamətdə isə 5,3 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti