...

Ötən il Azərbaycana ən çox pul köçürən ölkələr - SİYAHI

İqtisadiyyat Materials 29 Mart 2025 09:35 (UTC +04:00)
Ötən il Azərbaycana ən çox pul köçürən ölkələr - SİYAHI
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 571,9 milyon ABŞ dolları və ya 34,6% azalaraq 1,08 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, ötən il Azərbaycana ən çox pul köçürmələri Rusiyadan olub. Bu ölkədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 496,7 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 550,770 milyon ABŞ dolları və ya 52,6% azalma deməkdir.

Azərbaycana ən çox pul köçürmələri həyata keçirən ikinci ölkə 175,9 milyon ABŞ dolları ilə (illik müqayisədə 11,6 milyon ABŞ dolları və ya 7% çox) Türkiyə olub.

Siyahının üçüncü pilləsində isə 65 milyon ABŞ dolları (8,8 milyon ABŞ dolları və ya 11,9% az) ilə Amerika Birləşmiş Ştatları qərarlaşıb.

Ötən il Azərbaycana ən çox pul köçürən ölkələr aşağıdakı cədvəldə göstərilib:

Dövlətlərin adı Məbləğ
min (ABŞ dolları)
Rusiya Federasiyası 496 753
Türkiyə 175 897
Amerika Birləşmiş Ştatları 64 984
Gürcüstan 35 307
Birləşmiş Krallıq 33 974
Birləşmiş Ərəb Əmirlikləri 31 679
Almaniya 24 131
Qazaxıstan 23 070
Səudiyyə Ərəbistanı 20 541
Avstriya 14 997
İsrail 13 626
Qətər 12 510
Fransa 11 787
Özbəkistan 10 956
İrlandiya 10 861
İsveçrə 10 161
İraq 7 541
Niderland 6 005
Litva 5 426
Belarus 4 773
Kanada 4 592
Polşa 3 880
Sinqapur 3 876
Küveyt 3 201
Qırğızıstan 3 163
İtaliya 2 728
Digər dövlətlər 46 454
Məqalədə:
Xəbər lenti

Xəbər lenti