...

Azərbaycandan Hindistana pul köçürmələri cüzi artıb

İqtisadiyyat Materials 29 Mart 2025 11:31 (UTC +04:00)
Azərbaycandan Hindistana pul köçürmələri cüzi artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan Hindistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,46 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 55 min ABŞ dolları və ya 2,3% çoxdur.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Hindistanın payı 0,5% təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan Hindistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,4 milyon ABŞ dolları idi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti