...

İctimai iaşə dövriyyəsi artıb

İqtisadiyyat Materials 31 Mart 2025 07:52 (UTC +04:00)
İctimai iaşə dövriyyəsi artıb

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz artaraq 371,9 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,2 faizi hüquqi şəxslərin, 49,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz artaraq 184,8 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti