Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycanda banklar və qeyri-banklar tərəfindən kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna kredit qoyuluşlarının həcmi 575,3 milyon manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, bu, bir ay əvvələ nisbətən 1,8 milyon manat və ya 0,3% az, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 62,2 milyon manat və ya 12,1% çoxdur.
Hesabat dövrü ərzində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna qoyulmuş kreditlərin 461,1 milyon manatı banklar, 114,2 milyon manatı isə qeyri-banklar tərəfindən yatırılıb.
Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin martın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 29,4 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 77,6 milyon manat və ya 0,3%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 4,8 milyard manat və ya 19,4% artım deməkdir.