Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında əsas kapitala 3467,7 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az investisiya yönəldilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 24,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,4 faiz azalıb.
İstifadə olunmuş investisiyanın 1 814,6 milyon manatı və ya 52,3 faizi məhsul istehsalı sahələrinə, 970,2 milyon manatı (28,0 faizi) xidmət sahələrinə, 682,9 milyon manatı (19,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 2519,0 milyon manatını və ya 72,6 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 2693,5 milyon manatı və ya 77,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.