Bakı. Trend:
Bu ilin birinci rübündə qızıl, mis və gümüş hasilatı ilə məşğul olan və əsasən Azərbaycana fokuslanan “Anglo Asian Mining” şirkəti ümumilikdə 30,321 unsiya gümüş istehsal edib.
Bu barədə Trend şirkətə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici, ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,916 unsiya və ya 4,7 dəfə artıb.
Belə ki, 2024-cü ilin birinci rübündə şirkət Azərbaycanda ümumilikdə 6,405 unsiya gümüş istehsal etmişdi.
Qeyd edək ki, şirkət bu dövrdə 6,029 unsiya qızıl istehsal edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,763 unsiya və ya 2,7 dəfə çoxdur. 2024-cü ilin birinci rübündə şirkət Azərbaycanda ümumilikdə 2,266 unsiya qızıl istehsal etmişdi.
Xatırladaq ki, şikrət birinci rübdə 8,085 unsiya qızıl ekvivalentində məhsul istehsal edib. Bu göstərici, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,537 unsiya qızıl ekvivalentində məhsul və ya 3,2 dəfə çoxdur. 2024-cü ilin birinci rübündə şirkət ümumilikdə 2,548 unsiya qızıl ekvivalentində məhsul istehsal etmişdi. Ötən il istehsalda azalmanın səbəbi istehsalın qismən dayandırılması olub.