Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “PulPal” MMC-də plandankənar yerində yoxlamalar aparılıb, elektron pul təşkilatına məcburi göstəriş verilib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, tənzimləyici qurum tərəfindən electron pul təşkilatında aparılan yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması aşkarlanıb.
Bildirilib ki, bununla əlaqədar olaraq “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən “PulPal” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.