Bakı. Trend:
Azərbaycan və Sloveniya şirkətləri arasında artıq ilkin razılaşmalar əldə olunub.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Sloveniyanın xarici işlər naziri Tanya Fayonla keçirdiyi mətbuat konfransında deyib.
"Qarabağda və Şərqi Zəngəzurda Sloveniya şirkətləri üçün də əməkdaşlıq imkanlarının mövcud olduğunu düşünürük", - nazir bildirib.
O, Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işləri barədə sloveniyalı nazirə ətraflı məlumat verildiyini diqqətə çatdıraraq əlavə edib:
“Bu gün Azərbaycan və Sloveniya şirkətlərinin iştirakı ilə biznes-forum keçiriləcək. Azərbaycanın təbii qazı artıq Sloveniyaya çatdırılır. Bugünkü biznes-forum çərçivəsində konkret layihələr ətrafında müzakirələrin aparılması planlaşdırılır. Bəzi şirkətlər arasında ilkin razılaşmalara nail olunub”.