...

Azərbaycana xarici investisiyaların cəlb edilməsi əsas vəzifələrdən biridir - Gündüz Kərimov

İqtisadiyyat Materials 25 Aprel 2025 10:54 (UTC +04:00)
Azərbaycana xarici investisiyaların cəlb edilməsi əsas vəzifələrdən biridir - Gündüz Kərimov
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana xarici investisiyaların axınının təmin edilməsi əsas vəzifələrdən biridir.

Trend xəbər verir ki, bu sözləri bu gün “Konstitusiya və Suverenlik” - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov deyib.

O, qeyd edib ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir, nəqliyyat, bank, tikinti və digər sahələr öz inkişafını tapıb:

"Son zamanlar bir sıra qanunların qəbul edilməsi, o cümlədən emissiyalar və dövlət-özəl tərəfdaşlığı haqqında, arbitraj haqqında qanunların qəbul edilməsi Azərbaycanda xarici investisiyaların təşviqi istiqamətində mühüm rol oynayıb".

“Eyni zamanda biz hesab edirik ki, bu sahələrdə sahibkarların müəyən aktiviliyinə də ehtiyac var. Bu ehtiyac nədən qaynaqlanır? Birincisi arbitraj sahəsində, hesab edirik ki, burada mühüm son addımlar yalnız sahibkarların marağı olduqda uğurlu olacaq. Xarici investorlar və Azərbaycan investorları arasında, həmçinin Azərbaycan sahibkarlarının özlərinin arasında alternativ mübahisələrin həll mexanizminin təşviqi və tətbiqidir. Çox yaxşı haldır ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi bu müxanizmə xüsusi diqqət verir”, - deyə G.Kərimov əlavə edib.

Xəbər lenti

Xəbər lenti