Bakı. Trend:
Yelo Bank, fərdi sahibkar müştərilərinə daha sürətli və rahat
həllər təqdim etmək üçün kredit rəsmiləşdirilməsi zamanı sənədlərin
tam rəqəmsal şəkildə imzalanmasını təqdim edir. Artıq Bankın
müştəriləri kağız daşıyıcılara qol çəkmədən, “SİMA İmza” istifadə
edərək müqavilələri rahatlıqla imzalaya bilərlər.
Xidmət çərçivəsində Bank əməkdaşı müştəriyə xüsusi QR kod təqdim
edir. Müştəri isə “SİMA” mobil tətbiqində öz sahibkar sertifikatı
ilə bu QR kodu skan edir, sənədlərlə tanış olur və bir kliklə bütün
sənədləri imzalayır. Bu imkan sayəsində sahibkar öz dəyərli vaxtına
qənaət edir və kağız sənədlərlə iş prosesindən azad olur.
Yelo Bank, həmçinin, mobil tətbiqində “SİMA İmza” ilə qeydiyyat
prosesini daha da sadələşdirərək, müştərilərinə onlayn əmanət
yerləşdirmək və müxtəlif maliyyə əməliyyatlarını asanlıqla həyata
keçirmək imkanı da yaradır. Bank gələcəkdə də sahibkarların işini
daha da asanlaşdıracaq rəqəmsal həllər təqdim etməyə davam
edəcək.
Yelo Bank-dan mikro biznes kredit sifarişi üçün: https://bit.ly/42Mruym.
Bank xidmətləri, o cümlədən mikro biznes
krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!