...

Ötən il məişət tullantılarından istifadə hesabına 232,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib

İqtisadiyyat Materials 25 Aprel 2025 16:46 (UTC +04:00)
Ötən il məişət tullantılarından istifadə hesabına 232,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda 4,4 min ton və ya əvvəlki illə müqayisədə 6,8% çox tullantı əmələ gəlib və onların 69,3%-ni bərk məişət tullantıları, 30,7%-ni isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Trend-ə bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edilib.

Məlumata görə, ötən il yaranmış 3,025 min ton bərk məişət tullantılarının 80,5%-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 19,2%-i enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,3%-i ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 232,5 milyon kVt saat və ya 2023-cü illə müqayisədə 4,3% çox elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 22,2%-i müəssisələrdə xammal kimi istifadə edilib, 15,3%-i ölkə daxilində satılıb, 1,4%-i ixrac olunub, 11,6%-i zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 49,5%-i isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2024-cü ildə 260,2 min ton təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 6% olub. Tullantıların 71,9%-i mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 115,7 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti