...

AİB-in növbəti illik iclası Səmərqənddə keçiriləcək

İqtisadiyyat Materials 4 May 2025 16:34 (UTC +04:00)
AİB-in növbəti illik iclası Səmərqənddə keçiriləcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

Özbəkistanın Səmərqənd şəhərində Asiya İnkişaf Bankının (AİB) 59-cu illik iclası keçiriləcək.

Trend xəbər verir ki, tədbir 3-6 may 2026-cı il tarixlərinə planlaşdırılır.

Qeyd edək ki, İtaliyanın Milan şəhərində Asiya İnkişaf Bankının (AİB) İdarəçilər Şurasının 58-ci illik iclası keçirilir.

Tədbir 4-7 may tarixlərində "Allianz MiCo - Milano Convention Centre" konqres mərkəzində keçiriləcək.

Bu dəfəki görüşün mövzusu “Təcrübə mübadiləsi, sabahın qurulması” olaraq müəyyənləşdirilib. AİB-in illik görüşünə ilk dəfədir ki, İtaliya ev sahibliyi edir. Tədbirdə AİB-ə üzv ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri, beynəlxalq təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin və media qurumlarının nümayəndələri iştirak edirlər.

AİB-in İdarəçilər Şurasının illik iclasları bankın inzibati, maliyyə və əməliyyat fəaliyyətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi üçün bir platforma rolunu oynayır. Bu görüşlər, həmçinin üzv ölkələrin AİB əməkdaşları, qeyri-hökumət təşkilatları, media, müşahidəçi ölkələr, beynəlxalq təşkilatlar, akademik dairələr və özəl sektor nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparmaları üçün imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti