...

Dövlət xidməti 2 milyon manatlıq “pikap”lar alır

İqtisadiyyat Materials 5 May 2025 09:50 (UTC +04:00)
Dövlət xidməti 2 milyon manatlıq “pikap”lar alır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidməti yeni xidməti avtomobillər sifariş edəcək.

Trend-in məlumatına görə, qurum 30 ədəd sərnişin yük avtomobillərinin (Pikap) satın alınması ilə bağlı müvafiq işlərə başlayıb.

Satın alınacaq nəqliyyat vasitələrinin mühərrik həcminin 140 at gücünə malik olması, eləcə də onların bir il zəmanət müddətli olması əsas şərtlərdəndir.

Dövlət xidməti hazırda sözügedən nəqliyyat vasitələrini təhvil verəcək şirkət axtarışındadır.

Eyni zamanda, qurum avtomobillərin satın alınmasının təqribən 2 milyon manata başa gələcəyini ehtimal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti