...

Nazir müavini sahibkarlar tərəfindən sənaye zonalarına yatırılan investisiyanın məbləğini açıqlayıb

İqtisadiyyat Materials 5 May 2025 10:49 (UTC +04:00)
Nazir müavini sahibkarlar tərəfindən sənaye zonalarına yatırılan investisiyanın məbləğini açıqlayıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb.

Trend xəbər verir ki, bunu bu gün İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə çıxış edərkən deyib.

O qeyd edib ki, ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib:

"Dövlət başçısının 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 30 hektar ərazidə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı yaradılıb. Sənaye parkı sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturla təchiz edilib, rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün bütün imkanlara malikdir. Sənaye parkının ərazisi artıq tam şəkildə rezidentlərlə dolub. Sahibkarların bura marağı böyükdür. Buna görə də sənaye parkının ərazisinin genişləndirilməsi məsələsinə baxıla bilər".

Elnur Əliyev bildirib ki, burada layihələrinin investisiya həcmi 120 milyondan manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib.

"Sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 45 milyon manatdan çox investisiya yatırılıb, 160-a yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkında indiyədək 64,5 milyon manatlıq məhsul istehsal edilib.
Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin tam gücü ilə fəaliyyətə başlaması əczaçılıq sənayesinin inkişafını, dərman vasitələri və tibbi ləvazimatlara tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdıracaq.

Sevindirici haldır ki, artıq parkdakı bir sıra müəssisələr fəaliyyətə başlayıb. Sənaye Parkının rezidenti olan “Diamed Co" MMC müasir texnologiyalar əsasında birdəfəlik şprislər istehsal edir. Digər bir rezident “R-Pharm” MMC müxtəlif dərman vasitələrinin qablaşdırılmasını həyata keçirir. Hazırda Sənaye Parkında Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri A.Ş.” şirkəti ilə birgə beynəlxalq keyfiyyət standartlarına və Azərbaycanın milli əczaçılıq təhlükəsizliyi prioritetlərinə uyğun yeni əczaçılıq zavodu tikilir. Zavodda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq",- dey o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti