...

Sahibkarların dəstəklənməsi üçün tətbiq olunan mexanizmlərdən biri investisiya təşviqi mexanizmidir - Elnur Əliyev

İqtisadiyyat Materials 5 May 2025 10:55 (UTC +04:00)
Sahibkarların dəstəklənməsi üçün tətbiq olunan mexanizmlərdən biri investisiya təşviqi mexanizmidir - Elnur Əliyev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sahibkarların fəaliyyətinin dəstəklənməsi üçün tətbiq olunan mexanizmlərdən biri də investisiya təşviqi mexanizmidir. Bu mexanizm vergi və gömrük güzəştlərini nəzərdə tutur.

Trend xəbər verir ki, bunu bu gün İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, bu sahədə yerli istehsalın təşviqi məqsədilə ümumi dəyəri 50 milyon manat olan 2 layihəyə investisiya təşviqi sənədi verilib.

"Ötən dövr ərzində sözügedən layihələr üzrə 16 milyon manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal olunmuş və sahibkarlara idxal üzrə 4 milyon manat dəyərində ƏDV və gömrük rüsumundan azadolma tətbiq olunub"- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti