Bakı.Trend:
Azərbaycan baş nazirinin ötən ilin payızında Belarusa etdiyi səfər ikitərəfli münasibətlərin inkişafında vacib mərhələyə çevrilib.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakı şəhərində keçirilən "Azərbaycan–Belarus" biznes forumu çərçivəsində etdiyi çıxışda deyib.
“Ötən ilin oktyabrında baş nazirin Minskdən Azərbaycana səfəri əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verən əlamətdar hadisə oldu”, – deyə o bildirib.
Y.Abdullayev həmin vaxt əldə olunan razılaşmaların dialoqun davam etdirilməsinə yönəldiyini, bunun isə artıq konkret nəticələr verdiyini diqqətə çatdırıb.
Y. Abdullayev qeyd edib ki, Belarus nümayəndə heyətinin Azərbaycana budəfəki səfəri çərçivəsində genişmiqyaslı tədbirlər keçirilir, o cümlədən, iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş işgüzar görüşlər və B2B sessiyalar təşkil olunub.
“Belarusdan bu qədər nüfuzlu nümayəndə heyətini qarşılamaqdan və ölkələrimiz arasında əməkdaşlıq üçün yeni perspektivlər açan məsələləri müzakirə etməkdən məmnunuq”, – deyə o əlavə edib.