...

Niderland AİB-i özəl kapitalın səfərbər edilməsində yüksək tempi saxlamağa çağırıb

İqtisadiyyat Materials 5 May 2025 18:39 (UTC +04:00)
Niderland AİB-i özəl kapitalın səfərbər edilməsində yüksək tempi saxlamağa çağırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

Niderland Asiya İnkişaf Bankını (AİB) özəl kapitalın səfərbər edilməsində yüksək tempi saxlamağa çağırıb.

Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu AİB-in Niderland üzrə alternativ idarəçi vəzifəsini icra edən Jerom Laroş bu gün AİB idarə heyəti şurasının biznes-sessiyasında çıxışı zamanı bildirib.

"Bankın səmərəliliyini artırmaq üçün üç əsas tövsiyəni qeyd etmək istərdik: Birincisi, biz AİB-ni özəl kapitalın səfərbər edilməsində yüksək tempi saxlamağa çağırırıq, xüsusən də inkişafa ən çox ehtiyacı olan ölkələrdə. Özəl sektorun iştirakının artırılması maliyyə boşluqlarının aradan qaldırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və nəticədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verən inklüziv inkişafın təşviqi üçün çox vacibdir", - o bildirib.

Laroş vurğulayıb ki, ikincisi, qeyri-stabillik vəziyyətində AİB-in idarəetmə təcrübələrinin inklüzivlik, şəffaflıq və davamlılığa sadiqliyi əks etdirməsini təmin etməklə öz əsas dəyərlərinə sadiq qalması vacibdir.

"Üzv ölkələrinin dəyişən ehtiyaclarına uyğunlaşarkən, AİB etik idarəetməni və strateji bütövlüyü təmin edərək, öz prinsiplərinə sadiq qalmalıdır. Bu, maraqlı tərəflərin etimadını və dəstəyini qorumağa kömək edəcək, həmçinin, iqlim dəyişikliyi də daxil olmaqla, qlobal çağırışların həllinə bankın töhfəsini gücləndirəcək və Paris Sazişi kimi beynəlxalq müqavilələrə riayət olunmasını təmin edəcək", - o bildirib.

Onun sözlərinə görə, hesabatlılıq diqqət mərkəzində olmalıdır.

"Niderland təsirə məruz qalan icmaların effektiv və əlçatan müdafiə mexanizmlərinə daha yaxşı çıxış əldə etməsini təmin etmək üçün yenilənmiş Hesabatlılıq Mexanizminin hərtərəfli və effektiv tətbiqinin vacibliyini vurğulayır. Bu, regionda inkişaf layihələrində etimadı, etibarı və insan hüquqlarının müdafiəsini qorumaq üçün vacibdir", - Laroş əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti