...

Gürcüstan yaxın vaxtlarda Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel layihəsi üzrə geotexniki tədqiqatlara başlayacaq

İqtisadiyyat Materials 6 May 2025 14:56 (UTC +04:00)
Gürcüstan yaxın vaxtlarda Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel layihəsi üzrə geotexniki tədqiqatlara başlayacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trenda:

Gürcüstan yaxın vaxtlarda Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel layihəsi üzrə geotexniki tədqiqatlara başlayacaq. Bu layihə Azərbaycanla Avropa arasında "yaşıl" enerjinin tədarükünü təmin edəcək.

Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Gürcüstanın maliyyə nazirinin müavini Yekaterina Qunsadze AİB-nin 58-ci illik iclası çərçivəsində keçirilən “Trans-Xəzər əlaqəliliyi: Nəqliyyat və enerji dəhlizlərinin potensialının açılması” forumunda çıxışı zamanı bildirib.

“Qara dənizdən keçəcək sualtı kabelin işə salınması ilə Cənubi Qafqazın enerji sistemi Avropa enerji şəbəkəsinə inteqrasiya olunacaq. Sualtı kabelin çəkilməsi ideyası bir neçə il əvvəl meydana gəlib. Əvvəllər bu fikir bir qədər qeyri-real görünürdü. Lakin Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından və Avropada enerji böhranından sonra bu layihə olduqca aktual oldu. Texniki-iqtisadi əsaslandırma artıq hazırdır və bu sənəd Dünya Bankından aldığımız kredit hesabına maliyyələşdirilib. Həmçinin Qara dənizin dibi üzrə geotexniki araşdırmalar aparmaq üçün də Dünya Bankından vəsait almışıq və bu işlər çox yaxın vaxtlarda başlayacaq”, - deyə o bildirib.

Qunsadze enerji təhlükəsizliyi və müstəqilliyinin artıq uzun müddət Gürcüstan üçün prioritet məsələ olduğunu vurğulayıb.

“Bu uzun illər əvvəl bizə dərs olub – enerji təchizatı mənbələrinin şaxələndirilməsi – mütləqdir. Bu günə olan göstəricilərə əsasən, bizim elektrik enerjinin az qala 80% “yaşıl” hidroenerji hesabına təmin olunur və bizdə həm su, həm günəş həm də külək energetikasının inkişafı üçün böyük potensialımız var”, - deyə nazir müavini bildirib.

O eyni zamanda, Gürcüstanın enerji yığımı sistemlərinin yaradılması layihəsinin həyata keçirilməsi ilə bağlı Asiya İnkişaf Bankı ilə saziş imzaladığını xatırladıb. Bu sistemlər fövqəladə hallarda ölkənin bütün elektrik ötürmə xətlərinin təhlükəsizliyini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti