...

Azərbaycanla Vyetnam arasında ticarət əməliyyatları azalıb

İqtisadiyyat Materials 6 May 2025 17:30 (UTC +04:00)
Azərbaycanla Vyetnam arasında ticarət əməliyyatları azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Vyetnam arasında ticarət əməliyyatlarının həcmi 127,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 19,2 milyon ABŞ dolları və ya 49,8% azdır.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Vyetnama 91,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 125,8 milyon ABŞ dolları və ya 57,8% azdır.

Həmçinin, 2025-ci ilin yanvar-mart aylarında Vyetnamdan Azərbaycana 35,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 312 min ABŞ dolları və ya 0,9% azalma deməkdir.

2024-cü il ərzində isə Azərbaycanla Vyetnam arasında ticarət əməliyyatlarının həcmi 223,9 milyon ABŞ dollarına bərabər olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 258,2 milyon ABŞ dolları və ya 53,6% azdır.

Belə ki, ötən il Azərbaycandan Vyetnama 78,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 267 milyon ABŞ dolları və ya 77,2% azdır.

Həmçinin, 2024-cü ildə Vyetnamdan Azərbaycana 145,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2023-cü illə müqayisədə 8,8 milyon ABŞ dolları və ya 6,5% artım deməkdir.

Bundan əlavə, 2024-cü ildə Vyetnam Azərbaycandan ən çox neft alan ölkələr siyahısında 21-ci pillədə qərarlaşıb.

Belə ki, ötən il Azərbaycandan sözügedən ölkəyə 77,9 milyon ABŞ dolları dəyərində 138,5 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə dəyər ifadəsində 267,6 milyon ABŞ dolları və ya 77,5%, həcm ifadəsində isə 415,9 min ton və ya 75% azalma deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti