...

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında görülən işlər açıqlanıb

İqtisadiyyat Materials 14 May 2025 17:30 (UTC +04:00)
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında görülən işlər açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda investisiya portfeli 130 milyon manata yaxın olan 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) Trend-ə verilən məlumata görə, bu 19 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 100-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Məlumata görə, bugünədək sənaye parkında görülmüş işlərə sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. 200 hektar ərazini əhatə edən parkın 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 2 müəssisə fəaliyyət göstərir.

Bildirilib ki, sənaye parkında sahibkarlar tərəfindən indiyədək 1,7 milyon manatlıq məhsul satışı və xidmətlər göstərilib.

Vurğulanıb ki, bundan başqa, parkda hazırda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti