...

Özbəkistan şirkəti Azərbaycan bazarına daxil olmaqda maraqlıdır

İqtisadiyyat Materials 15 May 2025 15:10 (UTC +04:00)
Özbəkistan şirkəti Azərbaycan bazarına daxil olmaqda maraqlıdır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bazarına daxil olmaq və yerli şirkətlərlə əməkdaşlıq etmək istəyirik.

Bunu Trend-ə açıqlamasında Özbəkistanın "EuroPack" şirkətinin satış meneceri Vadim Pulatov Bakıda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") üçüncü günü çərçivəsində deyib.

O, əvvəlcə təmsil etdiyi şirkət haqqında məlumat verib: "Şirkətimizin adı "EuroParck"dır və biz spirtli içki istehsal edən şirkətlər üçün butulkalar, şüşələr, stəkanlar istehsal edirik. Həmçinin onları dekorasiya edirik, butulka və ya stəkanlara etiketlər hazırlayırıq".

"Biz müxtəlif ölkələrə məhsullarımızı ixrac edirik. Hazırda Azərbaycan bazarına daxil olmaq və şirkətləri ilə əməkdaşlıq etmək istəyirik. Çünki indiyədək Azərbaycan bazarına çıxa bilməmişik. İlk dəfədir ki, Bakıya səfər edirəm. Burada müvafiq şirkətlərlə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəyik", - deyə şirkətin nümayəndəsi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti