...

Özbəkistanlı nazir Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı barədə danışıb (ÖZƏL)

İqtisadiyyat Materials 15 May 2025 16:39 (UTC +04:00)
Özbəkistanlı nazir Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı barədə danışıb (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Son illər Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

Bunu Trend-ə Özbəkistanın iqtisadiyyat və maliyyə nazirliyinin nümayəndəsi Botır Usmonaliyev 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində bildirib.

"Son illərdə Azərbaycan və Özbəkistan arasında kənd təsərrüfatı sahəsində o cümlədən seleksiya, meyvəçilik, heyvandarlıq məhsullarının ixracı sahələrində fəal əməkdaşlıq inkişaf edir. Azərbaycan, Özbəkistanın kənd təsərrüfatı məhsullarını ixrac etdiyi ilk beş ölkə sırasındadır", – deyə o bildirib.

Usmonaliyev qeyd edib ki, son illər ərzində Azərbaycan və Özbəkistan aqrar sığorta sahəsində aktiv şəkildə əməkdaşlıq edir, belə ki, Özbəkistanda bu sfera kifayət qədər inkişaf etməyib.

"Son beş ildə Azərbaycan bu sahəni uğurlu şəkildə inkişaf etdirir və biz artıq iki ildir ki, əməkdaşlıq edirik, bu modeli – onun tətbiqi və fəaliyyəti də daxil olmaqla Azərbaycandan öyrənirik", – deyə o vurğulayıb.

"Gələcəkdə fermerlərimizin, onların məhsullarının və heyvanlarının sığortalanmasını planlaşdırırıq", – deyə o bildirib.

Onun sözlərinə görə, nəqliyyat sahəsi də Özbəkistan üçün böyük əhəmiyyət kəsb edir.

"Bu istiqamətdə də Azərbaycanla əməkdaşlıq aparılır. Özbəkistanın Avropaya birbaşa çıxışı olmadığından, İran və Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizləri mühüm rol oynayır. Bu planda Azərbaycan tərəfi bizə çox kömək edir. Bu sahədə əməkdaşlığımız davam edir", – deyə Usmonaliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti