...

4 ayda Azərbaycanda 1,4 min tona yaxın gümüş istehsal edilib

İqtisadiyyat Materials 15 May 2025 19:19 (UTC +04:00)
4 ayda Azərbaycanda 1,4 min tona yaxın gümüş istehsal edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 1 372 kiloqram gümüş istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, gümüş istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 246,1 kiloqram və ya 21,9% artıb.

Belə ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycanda 1 125,9 kiloqram gümüş istehsal edilmişdi.

Qeyd edək ki, cari ilin may ayının birinə ölkədə hazır gümüş ehtiyatının miqdarı 579,1 kiloqram olub.

Xatırladaq ki, ötən il Azərbaycanda 3 min 184 ton miqdarında gümüş istehsal edilib. Bu, illik müqayisədə 521 kiloqram, yaxud da 14% azdır. 2023-cü ildə Azərbaycanda istehsal olunan gümüşün miqdarı 3 min 705 kiloqram olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti