...

Albaniya Azərbaycanla qazlaşdırma sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır - Nazir müavini

İqtisadiyyat Materials 15 May 2025 22:06 (UTC +04:00)
Albaniya Azərbaycanla qazlaşdırma sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır - Nazir müavini
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tirana. Trend:

Albaniya Azərbaycanla qazlaşdırma sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bunu Albaniyanın infrastruktur və energetika nazirinin müavini Şeno Klosi mayın 16-da Tiranada keçiriləcək Avropa Siyasi Birliyinin VI Sammiti ərəfəsində Trend-in sualını cavablandırarkən deyib.

“Azərbaycanla çox yaxşı münasibətlərimiz var və biz onu enerji sektorunda ən yaxın strateji tərəfdaşlarımızdan biri kimi görürük. Albaniya enerji sahəsində sürətlə inkişaf edir, lakin qaz sahəsində geri qalmışıq. TAP qaz kəməri ərazimizdən keçməsinə baxmayaraq, hələ ondan istifadə etmirik. Bu baxımdan Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihə Albaniyanın qazdan enerji mənbəyi kimi istifadə etməyə başlayacağı ilk təşəbbüs olacaq”, – deyə nazir müavini bildirib.

Şeno Klosi qeyd edib ki, Albaniya Korça şəhərinin qazlaşdırılmasını nəzərdə tutan “Nur” layihəsinə strateji əhəmiyyətli layihə kimi yanaşır: “Bu, ölkəmizdə qazlaşdırma sahəsində ilk pilot layihədir və bizə bu sahədə əməkdaşlığı daha da inkişaf etdirmək və genişləndirmək imkanı verəcək”.

O əlavə edib ki, Albaniya bərpa olunan enerjiyə üstünlük versə də, bu sahənin dayanıqlı inkişafı üçün digər enerji mənbələri ilə balanslaşdırma zəruridir: “Enerji müstəqilliyini təmin etmək üçün ilk növbədə enerji mənbələrimizi şaxələndirməli, daha sonra isə genişləndirməliyik”.

Xəbər lenti

Xəbər lenti