...

IsDB mikrosahibkarlıq imkanlarının genişləndirilməsini prioritetləşdirməyə davam edir - Bankın vitse-prezidenti

İqtisadiyyat Materials 19 May 2025 17:47 (UTC +04:00)
IsDB mikrosahibkarlıq imkanlarının genişləndirilməsini prioritetləşdirməyə davam edir - Bankın vitse-prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnkişaf Bankı Qrupu (IsDB) iqtisadi inkişaf və sosial tərəqqiyə dair missiyasının bir hissəsi kimi mikro, kiçik və orta sahibkarlığın (KOB) imkanlarının genişləndirilməsini prioritetləşdirməyə davam edir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu İslam İnkişaf Bankının əməliyyatlar üzrə vitse-prezidenti Rami Əhməd İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Əlcəzairdə keçirilən “ KOB imkanlarının genişləndirilməsi və sosial-iqtisadi inkişafa vasitəçilik üçün rəqəmsal həllər” mövzulu panel müzakirələrində çıxış zamanı deyib.

“Bugünkü müzakirənin mövzusu – KOB-ların imkanlarının rəqəmsal həllərlə genişləndirilməsi – təkcə aktual deyil, həm də üzv ölkələrimizin üzləşdiyi inkişaf çağırışlarına cavab üçün zəruridir”, – deyə Rami Əhməd qeyd edib.

Onun sözlərinə görə, KOB-lar dayanıqlı artımın və inklüziv inkişafın təmin olunmasında həlledici rol oynayır. “KOB-ların rəqəmsal həllər vasitəsilə gücləndirilməsi artıq seçim deyil, zərurətdir. Çünki məhz KOB-lar təkcə artımın lokomotivi deyil, həm də sosial sabitlik və inklüzivliyin dayağıdır”, – o vurğulayıb.

Əhməd bildirib ki, iqtisadi şaxələndirmə dayanıqlı inkişaf üçün həyati əhəmiyyət daşıyır və qlobal rəqabət şəraitində KOB-lar üçün uğurun əsas amillərindən biri rəqəmsallaşmadır.

“KOB-ların dəstəklənməsində uyğun rəqəmsal həllərə çıxış məcburi elementə çevrilməlidir. Bu, onların yaşaması və inkişafı üçün şərtdir”, – deyə o əlavə edib.

Məlumatlara görə, Yaxın Şərq və Şimali Afrika (MENA) regionu ölkələrində kiçik və orta müəssisələr bütün bizneslərin 90 faizindən çoxunu təşkil edir, bəzi ölkələrdə məşğulluğun 50 faizini, ÜDM-in isə 70 faizini təmin edir.

“Texnologiyalar mobil ödənişlərdən elektron ticarət platformalarına, rəqəmsal tədarük zəncirlərinə qədər artım, inklüzivlik və rəqabətqabiliyyətlilik üçün yeni üfüqlər açır”, – Əhməd qeyd edib.

O, hökumətlərin rəqəmsal infrastrukturu formalaşdırmaq, elektron idarəçiliyi inkişaf etdirmək və KOB-ların dəstəyi üzrə milli strategiyalara rəqəmsal innovasiyaları inteqrasiya etməkdə mühüm rolunu da vurğulayıb.

“Süni intellektin inkişafı dövlətlər və beynəlxalq institutlar arasında əlaqələndirilmiş əməkdaşlıq tələb edir. Biz rəqəmsal bərabərsizliyin aradan qaldırılması naminə vahid komanda kimi hərəkət etməliyik”, – IsDB nümayəndəsi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti