...

Avrasiya İnkişaf Bankı Mərkəzi Asiyada islam maliyyələşməsinin inkişafı üçün bir platformaya çevrilmək niyyətindədir - Nikolay Podquzov

İqtisadiyyat Materials 20 May 2025 13:22 (UTC +04:00)
Avrasiya İnkişaf Bankı  Mərkəzi Asiyada islam maliyyələşməsinin inkişafı üçün bir  platformaya çevrilmək niyyətindədir - Nikolay Podquzov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Avrasiya İnkişaf Bankı (AAİB) Mərkəzi Asiya ölkələrində islam maliyyələşməsinin inkişafı üçün bir platformaya çevrilmək niyyətindədir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu AAİB İdarə heyətinin sədri Nikolay Podquzov İslam İnkişaf Bankının “İslam maliyyələşməsində rəqəmsal keçid və maliyyə inklüziyası” şüarı altında Əlcəzairdə keçirilən İslam Maliyyələşməsi üzrə 19-cu Qlobal Forumunda çıxışı zamanı deyib.

“İslam maliyyələşməsinin Mərkəzi Asiyada daha da inkişaf etdirilməsi maliyyə inklüzivliyinin genişlənməsinə və yerli biznesin qlobal İslam bazarına inteqrasiyasına imkan verəcək ki, bu da regionda iqtisadi artıma töhfə vermiş olacaq. Avrasiya İnkişaf Bankı (AAİB) Mərkəzi Asiya ölkələrində İslam maliyyələşməsinin inkişafı üçün bir platformaya çevrilməyi planlaşdırır.

Bu məqsədlə bank, İslam maliyyə sənayesinin inkişafı üçün iştirakçı dövlətlərdə, xüsusən də Mərkəzi Asiyada müvafiq institusional və inzibati həllərin yaradılması üzərində işləyir. AAİB, həmçinin regionda layihələrin maliyyələşdirilməsi üçün investisiyaların, o cümlədən sukuk buraxılışı hesabına cəlb olunması imkanlarını nəzərdən keçirir”, - Podquzov forum iştirakçılarının diqqətinə çatdırıb.

O, AAİB fəaliyyətində islam maliyyələşmə prinsiplərinin tətbiqi məsələlərindən metodoloji və konsultativ dəstək göstərən İslam İnkişaf Bankı ilə əməkdaşlığı yüksək qiymətləndirib.

“AAİB da həmçinin Mərkəzi Asiya ölkələri üçüm aktual olan iqtisadi araşdırmalar aparır”, -deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti