Bakı. Trend:
2025-ci ildə biz yeni bir mexanizm tətbiq edəcəyik. Bu mexanizm xarici bazarlara çıxış zamanı logistika subsidiyasının tətbiqini nəzərdə tutur.
Trend xəbər verir ki, bu sözləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO icraçı direktoru Yusif Abdullayev bu gün Bakıda keçirilən "SHE Congress 2025" tədbirində çıxışı zamanı deyib.
"Logistika ilə bağlı problemləri, düşünürəm ki, hər kəs bilir. Yeni mexanizmin tətbiqinin ixracımızın artımına böyük dəstək göstərəcəyini hesab edirik.
İnvestisiyaların cəlbi də bizim üçün prioritet məsələlərdəndir. Bütün mövcud platformalarımızda qadın investorların, sahibkarların layihələri ilə bağlı mütəmadi tədbirlər görülür. Hesab edirəm ki, bu tədbirlər daha da genişləndirilməlidir", - Y. Abdullayev qeyd edib.