...

Hədəfimiz büdcənin cari xərclərini qeyri-neft gəlirləri hesabına qarşılamaqdır – Maliyyə naziri

İqtisadiyyat Materials 27 May 2025 10:32 (UTC +04:00)
Hədəfimiz büdcənin cari xərclərini qeyri-neft gəlirləri hesabına qarşılamaqdır – Maliyyə naziri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il icra olunan 21.3 milyard manat məbləğinda cari xərclərin 90 %-i və ya 19.2 milyard manatı qeyri-neft-qaz sektoru üzrə daxil olmaların hesabına qarşılanıb. Bu bizim üçün önəmlidir.

Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Gələcək maliyyə sabitliyimizi qorumaq baxımından ana hədəfimiz büdcənin cari xərclərinin məhz qeyri-neft gəlirləri hesabına qarşılanmasıdır. 2026-cı il və növbəti ilin büdcəsini təqdim edən zaman bunun üzərində işləyəcəyik və yaxın gələcəkdə bunu 100 %-ə çatdırmağı hədəfləyirik”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti