...

"PAŞA Bank" 2024-cü il üzrə aktivlərini açıqlayıb

İqtisadiyyat Materials 10 İyun 2025 20:05 (UTC +04:00)
"PAŞA Bank" 2024-cü il üzrə aktivlərini açıqlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"PAŞA Bank" ASC 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.

Trend xəbər verir ki, "PAŞA Bank" 2024-cü ili 214,535 milyon manat xalis mənfəət ilə başa vurub.

Bank 2023-ci ili 271,551 milyon manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank"ın xalis mənfəəti 2023-cü illə müqayisədə 2024-cü ildə 21% və ya 57,016 milyon manat azalıb.

31 dekabr 2024-cü il tarixində "PAŞA Bank" 8,247 milyard cəmi aktivlərə malik olub. Müştərilərə verilmiş kreditlərin həcmi 3,361 milyard manat təşkil edib.

31 Dekabr 2023-ci il tarixində isə “PAŞA Bank”ın aktivləri 8,623 milyard manata bərabər olub. Müştərilərə verilmiş kreditlərin həcmi isə 2,842 milyard manat təşkil edib. Beləliklə, ötən il “PAŞA Bank”ın cəmi aktivləri 4,3% və ya 374,600 milyon manat azalıb, o cümlədən müştərilərə verilmiş kreditlərin həcmi isə 18,2% və yaxud 518,446 milyon manat artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti