Bakı. Trend:
“PAŞA Bank”ın 2024-cü il üzrə kredit portfeli təqribən 3,470 milyard manata bərabər olub.
Trend bankın illik hesabatına istinadən xəbər verir ki, kredit portfelinin təxminən 1,573 milyard manatını (45,3%) ticarət və xidmətlər sektoru təşkil edib.
Hesabat ilində bankın kredit portfelinin 428,925 milyon manatını (12,4%) fiziki şəxslər, 399,499 milyon manatını (11,5%) nəqliyyat və telekommunikasiya, 333,053 milyon manatını (9,5%) enerji, 268,828 milyon manatını (7,7%) istehsal, 161,828 milyon manatını (4,7%) tikinti, 151,961 milyon manatını (4,4%) kənd təsərrüfatı və yeyinti sənayesi sektorlarının payına düşüb.
Bundan başqa, bankın kredit portfelinin 99,394 milyon manatını (2,9%) BOKT-lar, 47,510 milyon manatını (1,4%) dağ-mədən, 5,466 milyon manatını (0,2%) isə digər sektorlar təşkil edib.