...

"PAŞA Kapital"ın yerli bazarda dövriyyəsi 35 faiz artıb - Ceyhun Hacıyev

İqtisadiyyat Materials 12 İyun 2025 10:09 (UTC +04:00)
"PAŞA Kapital"ın yerli bazarda dövriyyəsi 35 faiz artıb - Ceyhun Hacıyev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Son 3 ildə "PAŞA Kapital"ın yerli bazarda dövriyyəsi 11 milyard manatdan 27 milyard manata çatıb. Ötən illə müqayisədə isə 35 faiz artım olub.

Trend xəbər verir ki, bunu "PAŞA Kapital"ın direktoru Ceyhun Hacıyev rəhbəri olduğu bankın 2024-cü il üzrə maliyyə nəticələrinə dair mətbuat konfransında deyib.

"PAŞA Kapital"ın bazar payı sabit olaraq qalır. Hesabat ilində bazarın ümumi dövriyyəsi 14 milyard manat, təkcə "PAŞA Kapital"ın dövriyyəsi isə 8,2 milyard manat təşkil edib.

"PAŞA Kapital"ın yerli bazarda korporativ istiqrazlar üzrə bazar payı 2024-cü ildə 1,3 milyard manat təşkil edib.

Gəlirimiz artır. 2023-cü illə müqayisədə 2024-cü ildə "PAŞA Kapital"ın gəlirləri 41% artaraq 11,3 milyon manat təşkil edib", - o bildirib.

Onun sözlərinə görə, inve4stisiya şirkətinin işçilərlə bağlı əməliyyat xərcləri 1 milyon manata yaxın artıb:

"Ümumilikdə, 2024-cü ildə "PAŞA Kapital"ın cəmi əməliyyat xərcləri 5 393 065 manat, cəmi aktivləri 64 073 564 manat, cəmi öhdəlikləri isə 47 558 068 manat təşkil edib. Hesabat ilində investisiya şirkətinin cəmi kapitalı isə 16 515 496 manata bərabər olub.

"PAŞA Kapital"ın 2024-cü il üzrə xalis faiz və qeyri-faiz gəlirləri 2023-cü illə müqayisədə 24,5% azalaraq 2 618 006 manat təşkil edib.

"PAŞA Kapital"ın investisiya qiymətli kağızlar üzrə portfeli 2023-cü illə müqayisədə 2024-cü ildə 30,8% artaraq 34 milyon manat təşkil edib".

Xəbər lenti

Xəbər lenti