...

Azad edilmiş iki rayonda mərkəzi xəstəxanalar tikiləcək

İqtisadiyyat Materials 13 İyun 2025 16:49 (UTC +04:00)
Azad edilmiş iki rayonda mərkəzi xəstəxanalar tikiləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş iki rayonunda - Laçın və Kəlbəcərdə mərkəzi xəstəxanalar tikiləcək.

Trend-in məlumatına görə, Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.

Qurum hər iki rayonda tikiləcək xəstəxanaların layihə-smeta sənədlərinin hazırlanması işlərini "İba Group" MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqavilələrə əsasən, şirkətə 1 191 500 manat ödənilib.

Xəstəxanaların tikintisi ilə bağlı layihə-smeta sənədlərini hazırlayacaq "İba Group" MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Bəylərov İlqar Xıdır oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti