...

ARDNF istiqraz portfelində "AA", “A” “BBB” reytinqli alətlərin payını artırıb

İqtisadiyyat Materials 23 İyul 2025 16:51 (UTC +04:00)
ARDNF istiqraz portfelində "AA", “A” “BBB” reytinqli alətlərin payını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 46,4%-i “AA” reytinqli (ötən ilin eyni dövrü ilə müqayisədə 27,8 faiz bəndi çox) olub.

Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Fond “AAA” reytinqli alətlərin xüsusi çəkisini 63,8%-dən 21,5%-ə endirib.

Əvəzində Fond “A” reytinqli alətlərin xüsusi çəkisini 10,3%-dən 19,1%-ə, “BBB” reytinqli alətlərin xüsusi çəkisini 7%-dən 12,6%-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə 0,3%-dən 0,4%-ə yüksəldib.

Hesabat tarixinə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 29,6 %-i 1 ildən 3 ilədək, 29,4%-i 5 ildən artıq, 26,2%-i 3 ildən 5 ilə qədər, 14,8%-i isə 1 ilə qədər müddətə yerləşdirilib. Bu rəqəmlər 1 il bundan əvvəl müvafiq olaraq 27,1%, 28,1%, 24,3 % və 20,5% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti