...

“Azərişıq”dan Ələt Azad İqtisadi Zonası üzrə elektrik veriliş xətləri ilə bağlı 11,1 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 8 Avqust 2025 09:17 (UTC +04:00)
“Azərişıq”dan Ələt Azad İqtisadi Zonası üzrə elektrik veriliş xətləri ilə bağlı 11,1 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabul və Salyan rayonları ərazisində Ələt Azad İqtisadi Zonası üçün ayrılmış ərazilərə düşən elektrik verilişi xətləri və qurğuları köçürüləcək.

Trend-in məlumatına görə, bu işlər çərçivəsində, həmçinin, perspektiv kabel kanallarının quraşdırılması işləri də aparılacaq.

Belə ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işlərə start verib.

ASC hazırda sözügedən işləri icra edəcək şirkət axtarışındadır.

Eyni zamanda, ASC qeyd olunan işlərin 11,1 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti