...

ING 2028-ci ilə qədər Azərbaycanda ÜDM artımı ilə bağlı proqnozlarını ictimailəşdirib

İqtisadiyyat Materials 8 Avqust 2025 10:39 (UTC +04:00)
ING 2028-ci ilə qədər Azərbaycanda ÜDM artımı ilə bağlı proqnozlarını ictimailəşdirib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın ING bank qrupu yaxın illərdə Azərbaycan ümumdaxili məhsulunun (ÜDM) artımına dair proqnozunu ictimailəşdirib.

Trend xəbər verir ki, sənədə əsasən, 2025 və 2026-cı illərdə ölkə iqtisadiyyatı 2,5 faiz artacaq, 2027-ci ildə isə artım tempinin 2 faizə qədər zəifləyəcəyi gözlənilir.

Rüblük göstəricilərə görə, ING-nin qiymətləndirməsinə əsasən, 2025-ci ilin üçüncü rübündə Azərbaycan ÜDM-nin artımı 2,5 faiz təşkil edəcək, dördüncü rübdə isə bu göstərici 4 faizə qədər yüksələcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında ölkədə 50 milyard manatdan çox məbləğdə ÜDM istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3% azalıb, qeyri-neft-qaz sektorunda isə 3,9% artıb.

ÜDM istehsalında pay bölgüsü belə olub: 36,2% — sənaye, 9,9% — ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0% — nəqliyyat və anbar təsərrüfatı, 6,2% — inşaat, 4,0% — kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8% — turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8% — informasiya və rabitə sahəsi, 21,7% — digər sahələr; məhsullar və idxal üzrə xalis vergilər ÜDM-nin 10,4%-ni təşkil edib. Adambaşına düşən ÜDM 4 896,1 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti