...

Kənd təsərrüfatının inkişafı Bolqarıstan və Azərbaycanın strateji prioritetlərindəndir - Nazir müavini

İqtisadiyyat Materials 31 Oktyabr 2025 10:42 (UTC +04:00)
Kənd təsərrüfatının inkişafı Bolqarıstan və Azərbaycanın strateji prioritetlərindəndir - Nazir müavini
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Kənd təsərrüfatının inkişafı Bolqarıstan və Azərbaycanın strateji prioritetlərindəndir.

Trend-in Bolqarıstanın Kənd Təsərrüfatı və Qida Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Sofiyada keçirilən Bolqarıstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 7-ci iclasında Bolqarıstanın nazir müavini Lozana Vasileva bildirib.

O qeyd edib ki, kənd təsərrüfatı təkcə ənənəvi deyil, həm də perspektivli bir sahədir və hər iki tərəf bu istiqamətdə bilik, texnologiya və yaxşı təcrübə mübadiləsi aparmaqla nəticə əldə edə bilər.

“Biz kənd təsərrüfatı elmi və texnikası, akvakultura, dayanıqlı balıqçılıq idarəçiliyi və balıq məhsulları ticarətinin inkişafı kimi bir sıra sahələrdə səylərimizi birləşdirə bilərik”, – deyə o əlavə edib.

Vasileva həmçinin Bolqarıstan və Azərbaycan şirkətlərinin hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə və yarmarkalarda iştirakının vacibliyini vurğulayıb.

“İkitərəfli münasibətlərin mühüm elementi Bolqarıstan Qida Təhlükəsizliyi Agentliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlığın dərinləşdirilməsidir. Bu əməkdaşlıq qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində təcrübə mübadiləsini, həmçinin baytarlıq və fitosanitar nəzarət altında məhsulların idxal və ixracının əlaqələndirilməsini nəzərdə tutur”, - deyə Vasileva bildirib.

Sonda nazir müavini qeyd edib ki, bu cür forumlar iqtisadi və kənd təsərrüfatı əməkdaşlığına yeni təkan verəcək və gələcək uğurlar üçün möhkəm əsas yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti