Bakı. Trend:
Azərbaycan və Çin şirkəti arasında energetika sektoruna kapital qoyuluşu istiqamətində müzakirələr aparılıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"China Datang Corporation Ltd." şirkətinin sədri Lü Cün ilə görüşümüzdə birgə fəaliyyətin perspektivlərini qeyd etdik. Yaşıl enerji layihələrinin icrası, Birgə Yaşıl Enerji Sənaye Parkı layihəsinin həyata keçirilməsinin perspektivləri, energetika sektoruna kapital qoyuluşu, lokallaşdırma imkanları və texnologiyalar transferi sahəsində potensial əməkdaşlıq istiqamətləri barədə müzakirələrimiz oldu", - paylaşımda qeyd edilib.
