...

Korroziya yoxlamaları artıq bir saat ərzində həyata keçirilə bilir

İqtisadiyyat Materials 9 Dekabr 2025 11:27 (UTC +04:00)
Korroziya yoxlamaları artıq bir saat ərzində həyata keçirilə bilir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Korroziya yoxlamaları əsasən təhlükəli və riskli sahələrdə aparılır: "Əvvəllər bu proses üçün günlərlə hazırlıq tələb olunurdu, lakin indi bu yoxlamalar bir saat ərzində həyata keçirilə bilir.

Trend xəbər verir ki, bunu "Socar Upstream Management International"ın layihələr üzrə meneceri Azər Vəliyev bu gün Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, ənənəvi olaraq bu sahələrə daxil olmaq üçün skafoladlar (dayaq platforması) qurulur, bütün aktiv dayandırılır və digər hazırlıqlar görülürdü, lakin indi dronlar və robotik yoxlama alətləri sayəsində bu iş bir saat ərzində icra oluna bilir ki, bu da korroziya idarəçiliyində böyük bir irəliləyişdir.

A. Vəliyevin sözlərinə görə, robotik sürünən qurğular həm daxili, həm də polad səthlərdə eyni üstünlükləri təmin edir: "Məsələn, maqnitli rulonlar şaquli gəmi və borulara yapışa bilir, boru daxili sürünən qurğular isə boruların içində hərəkət edə bilir. Əvvəllər bu, tam izolyasiya tələb edirdi.

Hazırda isə ən böyük irəliləyiş əlçatanlığın artırılması, təhlükəsizliyin yaxşılaşdırılması və korroziya yoxlamalarının daha tez-tez aparılmasının təmin olunmasıdır. Bu, korroziya idarəçiliyinin gələcəyini formalaşdırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti