...

Azərbaycan ötən il iki ölkəyə 20 yanğınsöndürən nəqliyyat vasitəsi satıb

İqtisadiyyat Materials 7 Yanvar 2026 12:32 (UTC +04:00)
Azərbaycan ötən il iki ölkəyə 20 yanğınsöndürən nəqliyyat vasitəsi satıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən (Çin) 1 ədəd yanğınsöndürən nəqliyyat vasitəsi gətirilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda yanğınsöndürən nəqliyyat vasitəsinin idxalının dəyəri 52,1 min ABŞ dolları olub.

2024-cü ildə isə Azərbaycana iki ölkədən – Çin və Avstriyadan hərəsindən bir ədəd olmaqla ümumilikdə 876,1 min ABŞ dolları dəyərində 2 ədəd yanğınsöndürən nəqliyyat vasitələri idxal edilmişdi. Beləliklə, illik müqayisədə sözügedən nəqliyyat vasitələrinin sayı 1 ədəd, idxal dəyəri isə 824 min BŞ dolları və ya 16,8 dəfə azalıb.

Eyni zamanda hesabat dövründə Azərbaycandan iki ölkəyə - Qırğızıstan və Çinə hərəsinə 10 ədəd olmaqla ümumilikdə 671 min ABŞ dolları dəyərində 20 ədəd yanğınsöndürən nəqliyyat vasitələri ixrac edilib. 2024-cü ilin eyni dövründə ölkədən sözügedən nəqliyyat vasitələrinin ixracı qeydə alınmayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 86 909 ədəd minik avtomobili, 6 588 ədəd yük avtomobili, 702 ədəd avtobus idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti