Bakı. Trend:
Nəqliyyat-logistika sektorundan istiqraz emissiyası buraxmaq
niyyətində olan daha 1-2 şirkət də var.
Bunu Trend-ə
müsahibəsində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri
Ruslan Xəlilov deyib.
Sədrin sözlərinə görə, artıq dövlət müəssisələrinin istiqraz emissiyaları ilə bazara çıxmalarının zamanı gəlib: "Bakı Fond Birjasının Müşahidə Şurası tərəfindən təsdiq olunmuş “2024-2026-cı illər üzrə Strateji İnkişaf planı”nında əsas strateji təşəbbüslərdən biri dövlət müəssisələrinin istiqrazlara təşviq edilərək cəlb olunmasıdır. Biz aktiv şəkildə dövlət müəssisələri ilə danışıqlar aparırıq. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə də bundan əvvəl bir neçə dəfə görüşmüşdük və hətta ADY üçün yerli kapital bazarı imkanları haqqında qısa bir məlumat xarakterli təqdimat da hazırlamışdıq. Çox sevinirəm ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) istiqrazların emissiyasına başladı".
"Bizdə olan məlumata görə, nəqliyyat-logistika sektorundan istiqraz emissiyası buraxmaq niyyətində olan daha 1-2 şirkət də var. Biz bu şirkətlərin hamısı ilə danışıqlar aparırıq. Bəzi şirkətlərə hətta lazım olan əlavə məlumatları da hazırlayıb göndəririk ki, onların qərarverməyinə daha çox yardım olsun. Yəni bir neçə həm dövlət, həm də qeyri-dövlət şirkətləri var ki, onlar istiqraz emissiyasına kifayət qədər maraqlıdırlar”, - deyə R. Xəlilov qeyd edib.
