...

Bölgələrdə mikromaliyyənin inkişafı üçün maliyyə resurslarına çıxış genişlənməlidir - AMFA

İqtisadiyyat Materials 29 Yanvar 2026 12:08 (UTC +04:00)
Bölgələrdə mikromaliyyənin inkişafı üçün maliyyə resurslarına çıxış genişlənməlidir - AMFA
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yerli maliyyə resurslarının cəlbi mikromaliyyə məhsullarını daha əlçatan edir.

Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) direktoru Jalə Hacıyeva Bakıda keçirilən Mikromaliyyə Forumu çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, forumun əsas məqsədi kənd yerlərində fəaliyyət göstərən mikromaliyyə təşkilatlarının maliyyə məhsullarının çeşidini artırmaqdır.

J. Hacıyeva qeyd edib ki, yerli maliyyə resurslarının cəlb edilməsi xaricdən cəlb olunan vəsaitlə müqayisədə daha səmərəlidir:

“Çox önəmli məsələ odur ki, yerli maliyyə resurslarının cəlb edilməsi xaricdən cəlb edilən resursdan daha üstündür. Çünki onun xərci daha aşağıdır. Xaricdən cəlb edilən vəsait ABŞ dolları ilə reallaşır və bu da hedcinq riski yaradır. Hedcinq riski isə öz növbəsində məhsulun qiymətini artırır. Yerli valyutada cəlb edildikdə isə bu risk aradan qalxır və nəticədə məhsul daha əlçatan olur”.

J.Hacıyeva qeyd edib ki, hazırda bölgələrdə mikromaliyyə məhsullarına tələbat kifayət qədər yüksəkdir və bu tələbatın ödənilməsi üçün bank olmayan kredit təşkilatlarının (BOKT) kapital bazarının iştirakçıları ilə sıx əməkdaşlığı vacibdir:
“Mərkəzi Bankın ötən il açıqladığı məlumata görə, Azərbaycanda 40 min emitent investor var. Onlar əsasən fərdi investorlardır və istiqraz alırlar. Bu il Mərkəzi Bankın hədəfi bu sayın 100 minə çatdırılmasıdır. Bizim də marağımız odur ki, emitentlərin sayı artsın. Bu cür tədbirlər kapital bazarlarında yeni emitentlərin ortaya çıxmasına və BOKT-ların potensial investisiya obyekti kimi diqqət çəkməsinə xidmət edir”.

AMFA direktoru Bakı Fond Birjasının mikromaliyyə təşkilatları üçün borc bazarında minimal listinq tələbinin 500 min manata endirilməsini müsbət addım kimi dəyərləndirib:

“Azərbaycanda 54 BOKT fəaliyyət göstərir, lakin onların yalnız təxminən dörddə biri Bakı Fond Birjası ilə əməkdaşlıq edir. Biz istəyərdik ki, bu say artsın. Çünki bölgələrdə, ucqar kəndlərdə fəaliyyət göstərmək əlavə xərclər yaradır, halbuki tələbat kifayət qədər yüksəkdir”.
Onun sözlərinə görə, dövlətin sosial-iqtisadi inkişaf proqramlarında regionların inkişafı əsas hədəf kimi müəyyən edilib və bu genişlənməni təmin etmək üçün maliyyə resurslarının əlçatanlığı mühüm rol oynayır:
“Maliyyə resurslarına çıxış BOKT-lara həm Mərkəzi Bankın tələblərinə uyğun fəaliyyət göstərməyə, həm də mikrosahibkarlığın inkişafına töhfə verməyə imkan yaradır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti