Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Azvvallet” MMC-yə icrası məcburi olan göstəriş verilib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3 maddəsi üzrə nəzərdə tutulan ekvayrinq xidmətinin dayandırılması barədə “Azvvallet” MMC-yə icrası məcburi olan göstəriş verilib”, - məlumatda qeyd edilib.
