...

Qara Dəniz Ticarət və İnkişaf Bankı ABŞ dolları ilə yeni istiqrazlar buraxıb

İqtisadiyyat Materials 9 Fevral 2026 11:02 (UTC +04:00)
Qara Dəniz Ticarət və İnkişaf Bankı ABŞ dolları ilə yeni istiqrazlar buraxıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Qara dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) orta müddətli notlar proqramı (Medium-Term Note, MTN) çərçivəsində yeni istiqraz buraxılışı vasitəsilə 350 milyon ABŞ dolları vəsaiti uğurla cəlb edib. Sözügedən proqramın ümumi həcmi 2,5 milyard avrodur.

Trend QDTİB-ə istinadən xəbər verir ki, istiqrazların dövriyyə müddəti üç ildir, sabit kupon dərəcəsi isə illik 5,625% təşkil edir və faiz ödənişləri ildə iki dəfə həyata keçirilir.

“Müqavilə 5 yanvar 2029-cu il tarixində ödəniş müddəti başa çatan ABŞ Xəzinə istiqrazlarına nisbətən 205,5 baza bəndi spredlə qiymətləndirilib. Sifariş kitabı açıldıqdan sonra ilkin göstəricilərlə müqayisədə kuponun 62,5 baza bəndi azalmasına baxmayaraq, buraxılış investorlar arasında yüksək maraq doğurub: abunə həcmi əvvəlcədən planlaşdırılan 300 milyon ABŞ dollarını 6,7 dəfə üstələyib.

İstiqrazlara geniş coğrafi əhatədən - Avropa, ABŞ, Asiya və Yaxın Şərqdən olan institusional investorlar tərəfindən əhəmiyyətli tələbat olub”, – məlumatda qeyd olunur.

Vurğulanır ki, yerləşdirmə nəticəsində cəlb edilən vəsaitlər QDTİB-in iştirakçı ölkələrdə əməliyyatlarının dəstəklənməsinə və inkişaf proqramlarının həyata keçirilməsinə yönəldiləcək.

Qeyd edək ki, Qara dəniz Ticarət və İnkişaf Bankı Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna tərəfindən təsis edilmiş beynəlxalq maliyyə institutudur. Bankın mənzil-qərargahı Yunanıstanın Saloniki şəhərində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti