...

ABŞ şirkətləri üçün Cənubi Qafqaz və Orta Asiya vacib bölgələrdir - Xuş Çoksi

İqtisadiyyat Materials 10 Fevral 2026 08:38 (UTC +04:00)
ABŞ şirkətləri üçün Cənubi Qafqaz və Orta Asiya vacib bölgələrdir - Xuş Çoksi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqaz və Orta Asiya Amerika şirkətləri üçün strateji əhəmiyyət kəsb edən bölgələrdir.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən brifinqdə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Xuş Çoksi bildirib.

O qeyd edib ki, ABŞ Ticarət Palatası dünyanın ən böyük biznes assosiasiyasıdır və bütün dünyada fəaliyyət göstərir. “Cənubi Qafqaz və Orta Asiya Amerika şirkətləri üçün əhəmiyyətli maraq doğuran inkişaf etməkdə olan bölgədir. Azərbaycandakı işimiz iki il əvvəl COP üçün nümayəndə heyəti gətirəndə başladı. Azərbaycan yüksək səviyyədə ev sahibliyi etdi və həm ənənəvi, həm də bərpa olunan enerji mənbələrinə diqqət yetirdi. Bu ideal tarazlıq biznesləri cəlb etdi və Ticarət Palatasının Azərbaycana ilk ciddi addımı oldu”, - deyə o bildirib.

Xuş Çoksi əlavə edib ki, nümayəndə heyətində 31-dən çox şirkət və 60 iştirakçı iştirak edib, brifinqin hər iki günü məhsuldar keçib.

Xəbər lenti

Xəbər lenti